AFFA-dan maliyyələşən I Divizion klublarının maaşlarında problem yaranması haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan məlumata görə, artıq “Zaqatala” bunun təsirini hiss edib.

Belə ki, bu klubun futbolçularına mart ayının ödənişi yarımçıq edilib. Yəni koronavirusu və çempionatın dayanmasını əsas gətirən AFFA maaşların yarısını ödəyib.