AFFA “Zirə”nin də inadını qırdı: I Divizionda oynayacaqlar
- 22 Mar 2021 13:00
- 867
Bir neçə gündə bundan qabaq “Zirə”nin maliyyə yardıçı üçün mövsümün sonunda yenidən AFFA-ya ağız açacağı ilə bağlı məlumat vermişdik. Avrokuboklar və növbəti mövsümə hazırlıq baxımından.
Rekord.az-a daxil olan məlumata görə, federasiya növbəti dəfə kluba maliyyə yardımı ayırmağa hazır olduğunu bildirib.
Lakin irəli şərt sürüb: növbəti mövsüm “Zirə-2” bərpa olunmalı və I Divizionda iştirak etməlidir. Klub rəhbərliyi də bu şərti qəbul edib. Təsadüfi deyil ki, bu yaxınlarda “CBC Sport”da qonaq olan klubun baş məşqçisi Rəşad Sadıqov da növbəti mövsümdən “Zirə-2”nin I Divizionda iştirak edəcəyini bildirib.