AFFA "Qarabağ"ın futbolçusu Abdulla Zubirə Azərbaycan millisində oynamaq təklif edib.

Rekord.az-a daxil olan məlumata görə, futbolçu hələlik federasiyaya hər hansı qərar bildirməyib.

Bu yaxınlarda AFFA futbolçu ilə yenidən əlaqə saxlayıb və millidə oynamaq dəvətinin gündəmdə olduğunu bildirib. Hər şey futbolçunun qərarından asılı olacaq. Əgər Zubir təklifi müsbət dəyərləndirsə, federasiya yeni ildən müəyyən prosedurların icrasına başlayacaq.

Qeyd edək ki, Azərbaycan qanunlarına görə, vətəndaşlıq almaq istəyən şəxs minimum 5 il ölkəmizdə yaşamalıdır. 2018-ci ildə "Qarabağ"la müqavilə bağlayan Zubirin Azərbaycandakı 5 ili isə gələn il tamam olur. Yəni, AFFA-ya "hə" desə, 2023-cü ildən etibarən rəsmi şəkildə Azərbaycan millisində forma geyinə biləcək.