Afrika Futbol Konfederasiyasında (CAF) yeni prezident seçkiləri keçirilib.

Rekord.az xəbər verir ki, Patris Motsepe qurumun yeni prezidenti seçilib.

O, bu vəzifədə 2020-ci ilin sonunda korrupsiya ittihamı ilə futboldan kənarlaşdırılan Madaqaskar əsilli Əhməd Əhmədi əvəzləyib.

Cənubi Afrika Respublikasından (CAR) olan 59 yaşlı funksioner qarşıdakı 5 il müddətində CAF-a rəhbərlik edəcək.

Qeyd edək ki, Motsepe ölkəsinin tarixindəki ən varlı iş adamlarından biridir. O, CAR prezidenti Siril Ramaposun kürəkənidir. Motsepe həmçinin yerli “Mamelodi” klubunun sahibidir.