2025-ci ildə Afrika Millətlər Kubokunun keçiriləcəyi məkan məlum olub.

Rekord.az xəbər verir ki, qitənin əsas turniri Mərakeşdə keçiriləcək.

Afrika Futbol Konfederasiyası (CAF) yayda növbəti Afrika Millətlər Kubokunun keçirilməsinə prinsipial razılıq verib. Təklif olunan turnir tarixləri 20 iyul -17 avqust arasındadır. 

2024-cü il Afrika Millətlər Kuboku Fil Dişi Sahilinin 6 stadionunda (Abidjan, Buake, Korhoqo, San Pedro, Yamoussoukro) yanvarın 13-dən fevralın 11-dək keçirilib. Fil Dişi Sahili millisi turnirin çempionu olub. Nigeriya millisi ikinci, CAR isə üçüncü yeri tutub.