Afrikada ilin futbolçusu adına namizədlər açıqlandı
- 02 Noy 2023 12:00
- 280
Afrikada 2023-cü ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Rekord.az xəbər verir ki, bu mükafata 30 oyunçu iddia edir.
Onlar arasında Riyad Mahrez (Əlcəzair), Məhəmməd Salah (Misir), Əşrəf Hakimi, Hakim Ziyeş, Yassin Bunu (hamısı Mərakeş), Vensan Abubakar (Kamerun), Viktor Osimhen (Nigeriya) və Sadio Mane (Seneqal) kimi tanınmış simalar da var.