Aftandil Hacıyev: "And içdi ki, mən siqaret çəkmirəm"
- 27 Okt 2019 14:00
- 1071
"Düzü, mən hələ də buna inanmıram və inanmaq istəmirəm".
Rekord.az xəbər verir ki, - bu sözləri sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.
O, U-19 yığmasının heyətində Çexiyada keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edən futbolçusu Ədilxan Qaraəhmədovun siqaret çəkərkən yaxalanmasına şübhəylə yanaşır:
"Ədilxan çox güvəndiyim gənclərdən biridir. Mən onu artıq xeyli müddətdir tanıyıram. Ədəb-ərkanı olan uşaqdır. Hələ ondan bir neqativ hərəkət görməmişəm, kiməsə pis söz dediyini eşitməmişəm.
Bu söhbət çıxandan sonra Ədilxanı çağırıb söhbət elədim. And içdi ki, mən siqaret çəkmirəm. Dedi ki, heç vaxt elə səhv eləmərəm. Mən bu uşağa inanıram. Görürəm ki, neçə gündür özünə yer tapa bilmir.
Haqqında çıxan xəbərlər ona çox pis təsir edib. Bu kimi məsələlərdə hamımız diqqətli olmalıyıq. Ədilxanın heç 19 yaşı yoxdur, belə uşaqları qorumaq lazımdır".