Məlum olduğu kimi, Aftandil Hacıyev "Qarabağ" Futbol Akademiyasına koordinator təyin olunub.

Rekord.az xəbər verir ki, əslində Hacıyev özü məşqçi kimi çalışmaq istəyir və bunun üçün təklif də gözləyib.

Lakin təklif olmayınca, işsiz qalmaqdansa "Qarabağ"dan gələn təklifi qəbul edib. Lakin əldə etdiyimiz məlumata görə, 42 yaşlı mütəxəssislə Ağdam klubu arasında razılaşma olub. Əgər baş məşqçi kimi Hacıyevə hansısa klubdan yaxşı təklif gələrsə, "Qarabağ" onun gedişinə problem yaratmayacaq.