Aftandil Hacıyev hər iki legionerə sərt xəbərdarlıq etdi
- 10 Noy 2021 15:00
- 574
“Səbail“ Premyer Liqanın son 2 turunda meydanı həm məğlub, həm də nəfər azlıqda tərk edib.
Rekord.az xəbər verir ki, bir həftə əvvəl “Sumqayıt”la qarşılaşmada (0:2) Nikolas Raysel, son turda isə ”Qəbələ”yə qarşı matçda Yurgen Qoxa komandanı pis vəziyyətdə qoyub.
Hər iki futboilçu idmançıya yaraşmayan hərəkətlərə görə qırmızı vərəqə alıb.
Fransalı hücumçu rəqibə başla zərbə vurmasına, albaniyalı müdafiəçi isə hşakimə kəskin etiraza görə vaxtından əvvəl yaşıl sahədən uzaqlaşdırılıb. Komandanın baş məşqçisi Aftandil Hacıyev isə hər iki legioneri bərk tənbeh edərək sərt şəkildə xəbərdarlıq edib. Maddi durum ağır olduğu üçün, futbolçulara pul cəzası kəsilməyəcək. Lakin növbəti dəfə belə hal yaşansa, komandadan qovulmaları gündəmə gələcək.