"Səbail"ə transfer olunandan bəri 1 dəqiqə də olsun oynamaq şansı qazanmayan Kamran Ağayev yaranmış durumdan bezərək qışda futbolla birdəfəlik vidalaşmaq istəyir.

Rekord.az-a daxil olan məlumata görə, komandanın baş məşqçisi Aftandil Hacıyev məsələ ilə bağlı Ağayevlə danışıb.

Hacıyev millinin sabiq qapıçısına səbrli olmağı tövsiyyə edib. Qapıçıya hələ də artıq çəkisi olduğunu deyən baş məşqçi bu çəkinin atılmasının vacibliyini bildirib. Eyni zamanda noyabr ayından Kamrana yavaş-yavaş şans vermək fikrində olduğunu da bildirib.