![photo](https://www.rekord.az/storage/uploads/5/rauf-eliyev-2.jpg)
Aftandil Hacıyev Rauf Əliyevə iş verdi
- 26 İyl 2023 15:00
- 581
Millimizin sabiq üzvü Rauf Əliyev yeni mövsümdən "Qarabağ" Futbol Akademiyasında işə başlayacaq.
Rekord.az xəbər verir ki, bu yaxınlarda sözügedən akademiyaya rəhbər təyin olunan Aftandil Hacıyev Raufa zəng edərək ona iş təklif edib.
Əliyevin konkret olaraq hansı yaş qrupunda çalışacağı hələlik məlum deyil.