photo

Aftandil Hacıyev Rauf Əliyevlə şərt kəsib

  • 2020-01-14 13:00
  • 470

Xəbər verdiyimiz kimi, “Neftçi”dən ayrılan Rauf Əliyev “Səbail”lə mövsümün sonuna kimi müqavilə bağlayıb.

Rekord.az-ın əldə etdiyi məlumata görə, müqavilənin mövsümün sonuna kimi olmasını baş məşqçi Aftandil Hacıyev istəyib.

Çünki Rauf hazırda yaxşı formada deyil. Ona görə Hacıuyev ilk növbədə Əliyevə şans verməyi və futbolçunun da bu şansdan istifadə edərək özünü doğurultmasını istəyib. Əgər Rauf qışdan sonra özünü yaxşı tərəfdən göstərə bilsə mövsümün sonunda onunla 1  illik yeni müqavilə bağlanacaq.

Son xəbərlər