Xəbər verdiyimiz kimi, bu həftə “Səbail”də klubdaxili iclas olmalı və gələcəklə bağlı suallara aydınlıq gəlməlidir.

Rekord.az-a daxil olan məlumata görə, əsas məsələlərdən biri də baş məşqçi postu ilə bağlıdır.

Aftandil Hacıyevə digər klubların ciddi marağı var. Lakin bizə çatan məlumata görə, baş məşqçi özü “Səbail” rəhbərliyinə söz verib ki, ilk növbədə bu klubun baş məşqçisi olmaq istəyir və buna görə də ilk növbədə “Səbail” rəhbərliyi ilə danışıq aparacaq.