“Səbail” rəhbərliyi baş məşqçi Aftandil Hacıyevə yeni müqavilə təklif edib.

Lakin Rekord.az xəbər verir ki, Hacıyev hələlik klubun təklifinə cavab verməyə tələsmir.

Əldə etdiyimiz məlumata görə, gənc məşqçi mövsümün sonunu gözləyir. Çünki rəhbərliklə danışıb komandanın gələcək taleyindən əmin olmaq istəyir.

Qeyd edək ki, hazırda “Səbail”də ciddi maddi sıxıntılar olduğu deyilir.