
Aftandil Hacıyevdən “Səbail”lə yeni müqavilə - Rəsmi
- 13 May 2022 20:00
- 558
“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Hacıyevlə müqavilənin müddəti 2022/23 mövsümün sonuna kimi artırılıb.
41 yaşlı mütəxəssis 2018-ci ilin yayından Bayıl təmsilçisini çalışdırır.