“Səbail” PFK baş məşqçi Aftandil Hacıyev ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, Müşahidə Şurasının bu gün keçirilən iclasında Hacıyevin baş məşqçi postuna namizədliyi təsdiqlənib. 

Təcrübəli mütəxəssislə 1+1 sistemi ilə müqavilə imzalanıb. Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ildən bu komandanı çalışdırır. Onun rəhbərliyi altında komanda 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb və UEFA Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına vəsiqə qazanıb.