"Turan Tovuz"la oyunda ağır zərbə alan "Səbail"in futbolçusu Ağabala Ramazaon üçün mövsüm bitib.

Rekord.az xəbər verir ki, hazırda hər kəsi düşündürəm əsas məsələ onun, ümumiyyətlə, futbola qayıdıb-qayıtmayacağı ilə bağlıdır. 

Bizə çatan məlumata görə, mövsüm bitəndən sonra futbolçu geniş həkim müayinəsindən keçəcək. Həmin müayinənin cavabından sonra Ramazanovun futbola qayıdışının mümkün olub-olmayacağı məlum olacaq.