Ağabala Ramazanov üçün il bitdi
- 08 Noy 2023 12:00
- 1622
"Turan Tovuz"la oyunda rəqiblə toqquşaraq başından ciddi zədə alan Ağabala Ramazanovun həyatı təhlükəsi yoxdur.
Bununla belə, Rekord.az xəbər verir ki, 30 yaşlı futbolçu üçün il bitmiş sayıla bilər.
Həkimlərin son rəyinə görə, futbolçu gələn həftənin əvvəli evə buraxılacaq. Bundan sonra isə 1 ay müalicə almalı, özünü qorumalıdır. Yalnız dekabrın ortalarından yüngül məşqlərə başlaya bilər. 10 günlük də bərpa dönəmini saysaq, Ağabalanın bu il meydançaya çıxmaq şansı elə də yüksək deyil.