
Ağacanova 1 oyunluq cəza
- 17 Fev 2025 16:37
- 80
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci liqanın 14-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“İmişli” – “Qəbələ” oyununun 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” komandası 100 manat cərimə edilib.
“İmişli” – “Qəbələ” oyununun 58-ci dəqiqəsində “İmişli” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “İmişli” komandasına xəbərdarlıq edilib.
“Zaqatala” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilib.