Tanınmış mütəxəssis Ağasəlim Mircavadov qalmaqallı “Sabah” – “Neftçi” oyunu ilə bağlı açıqlama verib.

Rekord.az xəbər verir ki, “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində qonaq olan Mircavadov xüsusilə hakimlik üzərində dayanıb.

Onun sözlərinə görə, “Sabah”ın qapısına təyin olunan hər iki penalti yalnış təyin olunub: “Birinci penaltidə qayda pozuntusu cərimə meydançasından kənarda olmuşdu. Ona görə də penalti qərarı doğru deyildi. O ki qaldı ikinci epizoda, əgər o epizoda görə penalti verilirsə, o zaman gərək hər künc zərbəsindən sonra penalti verilsin. Orda penaltinin heç izi-tozu da yox idi. Samir Abasov ilk növbədə sakitləşməlidir”.