Cüdo yığmamız Yay Olimpiya Oyunlarında cəmi 1 medal qazana bildi.

Həmin medal da bürünc oldu. Bu mövzu haqda mütəxəssislərin fikirlərini almaq istədik. Cüdo yığmamızın sabiq baş məşqçisi Ağayar Axundzadə ilə əlaqə saxladıq. O, bu nəticələrə təəccübləndiyini söylədi:
 

“Uğursuzluqların səbəbi nədi? Doğrusu, bu sualı ukraynalı baş məşqçiyə ünvanlasaz, daha yaxşı olar. Çünki pandemiya dövrü olmasına baxmayaraq, idmançıların Olimpiadada uğur qazanması üçün federasiya tərəfindən hər bir şərait yaradılmışdı. Bir il ərzində Cüdo Federasiyası idmançılar üçün çoxlu təlim-məşq toplanışı təşkil edib. Hətta Avropadan təlimçilər də bu prosesə cəlb olunub. Bütün bunlardan sonra qeydə alınan mənfi nəticələr məni də təəccübləndirir”. ("Futbol plus")