Ağayevdən Türkiyə açıq çempionatında bürünc medal
- 15 Fev 2024 16:45
- 196
Azərbaycan taekvondoçusu Cavad Ağayev (74 kq) Antalyada keçirilən Türkiyə açıq çempionatında bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, 22 yaşlı idmançı baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında üçüncü yeri tutub.
Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev isə çempionatın ən yaxşı referisi seçilib.
Daha əvvəl yeniyetmələrin mübarizəsində Hüseyn Abbaslı (148 sm), Məryəm Cəfərova (152 sm) qızıl, Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm), Çingiz Həsənov (172 sm) gümüş, Gülay Əliyeva (160 sm) isə bürünc mükafata sahib çıxıb.