Ağcabədi Olimpiya İdman Kompleksində "Birlik" milli adət-ənənələr düşərgəsi keçirilib.

Rekord.az xəbər verir ki, düşərgənin keçirilməsində məqsəd zəngin mədəniyyətimizin, adət-ənənələrin yaşadılması və gənclər arasında geniş təbliğ edilməsidir.

Düşərgə müddətində maraqlı və əyləncəli tədbirlər, o cümlədən, gəzintilər, təlimlər, diskusiyalar, intellektual və milli idman oyunları keçirilib.

Düşərgəyə respublikamızın müxtəlif bölgələrindən təhsildə fərqlənən gənclərlə yanaşı, şəhid və qazi övladları, aztəminatlı ailələrin övladları da daxil olmaqla 60 gənc cəlb olunub.