Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən "İdman həftəsi" çərçivəsində “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə 02 mart 2023-cü il tarixdə Şirin Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktə¬bdə karate-do idman növü üzrə ustad dərsləri keçiriləcəkdir.

Rekord.az xəbər verir ki, dərslər Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Eldəniz Qənbərov tərəfindən keçiriləcəkdir.