Xəbər verdiyimiz kimi, bu yaxınlarda "Qarabağ" rəhbərliyi, klubun baş məşqçisi Qurban Qurbanov və bəzi aparıcı futbolçular Ağdamda olmuş, ehtiyacı olan insanlara yardım paylamışdı. Eyni zamanda rayonun icra başçısı ilə görüş də keçirilmişdi.

Rekord.az-a daxil olan məlumata görə, görüş zamanı icra başçısı komandanın ev oyunlarını Quzanlıda keçirməsi məsələsini də qabardıb.

Heç olmasa ayda bir oyun. Bunun üçün rayon rəhbərliyi tərəfindən lazımı şərait yaradılacağına da söz verilib. Klub rəhbrərliyi isə bu haqda düşünəcəyinə söz verib.