AGF daha bir güləş zalını maliyyələşdirib
- 04 Yan 2025 18:30
- 121
Azərbaycan Güləş Federasiyası (AGF) yerlərdə bu idman növünün tərəqqisi üçün silsilə tədbirləri davam etdirir.
Rekord.az xəbər verir ki, 2024-cü ildən federasiyanın inventar və maddi dəstək verdiyi daha bir güləş zalının fəaliyyəti ilə tanışlıq baş tutub.
AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Nazim Əlicanov 4-cü mikrorayonda yerləşən güləş məktəbində olublar.
Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib. Məşqçilər Əlisa Abbasov və Elxan İskəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir. Hal-hazırda bu məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.