AGF rəsmisi Beynəlxalq Gimnastika Federasiyasında Texniki Komitəyə üzv seçilib
- 25 Okt 2024 15:40
- 124
Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Qətərin paytaxtı Dohada keçirilən 85-ci hesabat-seçki konqresində yenidən Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib.
Rekord.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
49 yaşlı beynəlxalq dərəcəli hakim daha əvvəl də də Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsində yer alıb.