AGİN-nin nümayəndələri də bu yaxınlarda Xankəndi stadionuna baş çəkib arenanın mövcud şəraiti ilə tanış olublar.

Rekord.az xəbər verir ki, yaxın zamanlarda bu stadionda hansısa oyunun təşkili məsələsi gündəmdədir.

İlk növbədə "Qarabağ"ın oyunlarından birinin buraya təyin olunması planlaşdırılır. Bu məqsədlə klub rəsmləri, eləcə də AFFA və PFL rəsmləri də ötən həftə sözügedən stadionda olub, baxış keçiriblər.