Ağır atletika ilə məşğul olanların boyu balaca qalır?
- 31 Okt 2022 14:41
- 1619
Stereotip 1: Ağır atletika ilə məşğul olanların boyu balaca qalır.
Cavab: yanlış stereotipdi. Boy azalmır, əksinə artır.
Prezidentin performansından sonra hazır ağır atletika gündəmdəykən, düşündüm ki, uzun illərdi formalaşan, amma yanlış olan stereotiplər barədə danışaq. Mən bildiklərim barədə müəyyən məlumatları verim, bölüşüm, siz də həm müzakirə edin, həm də nəticə çıxarın.
Beləliklə, boy məsələsi. Həzərat, ağır atletlərin boyu azalmır, əksinə artır.
İzahı: Əvvəlcə özünüzə bir sual verin: mənim çəkim nə qədərdi? Daha bir sual: mənim boyum nə qədərdi? Verdiz sualları? Ok.
Tutaq ki, çəkiniz 60 kq-dı. Normalda boyunuz nə qədər olmalıdı? Təxminən 160 sm civarında. Az da ola bilər, çox da, amma fərq yəqin ki, böyük olmayacaq. 155-165 sm aralığında olacaq. Düzdü? Aşağıda sizə Azərbaycanın ağır atletika üzrə yığma komandasında yer alan idmançıların (hazırda yığmada olmayan, ancaq boyu 190 sm-dən çox olan yetərincə ağır atlet var) çəki və boylarını yazacam, müqayisə edərsiz, görərsiz ki, onların boyları standarta uyğun gəlir, yoxsa sizin? Cavabı əvvəlcədən deyim ki, onlarınkı)
Əvvəl məsələnin sadə elmi-fizioloji tərəfinə baxaq. İnsan ağırlıq qaldırarkən - bizim nümunəmizdə ağırlıqqaldırma idman növü ilə məşğul olarkən ştanqın ağırlığı əsasən onun onurğa sütununa təsir edir, yüklənmə əsasən ora olur. Bəli, sıxılma olur, ancaq belə yüklənmə zamanı bədəndə həm də izafi şəkildə boy hormonu ifraz olunur. Bütün bədənə yayılan bu hormonlar boy azalmasının nəinki qarşısını alır, hətta artımına da kömək edir.
Bir şey də var. Bir futbolçu bütün günü ayağında topla gəzmədiyi kimi, ağır atlet də 24 saat boynunda ştanqla gəzib-dolaşmır. Atlet həftə ərzində məşqlərə orta hesabla 8 saatını sərf edir və bu müddətin yalnız 30 dəqiqəsində ştanq çiyində olur. Bu da 24 saatlıq tsiklin cəmi 0,3 faizi deməkdi. Yəni günün qalan 99,7 faiz vaxtında onurğaya ağırlıq düşmür.
İşin idman tərəfinə baxsaq, əslində, uzun boy ağır atletlər üçün çətinliklərdən biridi. Qarşısındakı məsələn, 180 kq-lıq ştanqı 150 sm hündürlüyə qaldırmaqla 200 sm-ə qaldırmaq arasında böyük fərq var. Amplituda böyüyür, çəkini ram etmək üçün daha çox güc sərf etmək, daha böyük qüvvətlə sürət və çeviklik nümayiş etdirmək lazım gəlir. Ona görə də qısa boylu atletlər bu işin öhdəsindən daha rahat gəlir, daha dolu, əzələlidilər, ayaqları üstündə daha möhkəm dayana bilirlər. Amma hamı balaca qala bilmir, yuxarıda qeyd etdiyimiz kimi məcburən böyüyür.
Boy stereotipinin yaranmasının bir səbəbi də məncə, televizordu. Ağır atletikanın bizim üçün bəlkə də ən populyar dövrü Halil Mutlu və Naim Süleymanoğlu kimi məşhur, türkiyəli atletlərin çıxışları, dünyanı lərzəyə saldıqları dövrə təsadüf edir. Onların da boyu kiçik olduğundan, biz də TV-dən, yaxud digər vasitələrdən ancaq onları izlədiyimizdən elə bilmişik ki, ştanqistlər elə bu cür olurlar. Ancaq heç vaxt düşünməmişik ki, 52 kq çəki dərəcəsində mübarizə aparan adamın boyu məsələn, 190 sm ola bilməz. Olsa, bu anormallıq olar. Ona görə də onların boyu elə 150 sm ətrafında var-gəl edib.
Və son olaraq: guya elə ölkəmizdə hamının boyu 3 metrdi, bir dənə ağır atletlər balacadı? Digər idman növləri də başı tavana çatanlarla yumşaq desək, dolu deyil. Küçəyə çıxanda ətrafınızdakı insanların boylarına da diqqət yetirin, özünüz hər şeyi görəcəksiz.
Bu qədər.
Söz verdiyim kimi, yığma komanda üzvlərinin çəkiləri və boyları:
Tehran Məmmədov – 20 yaş. Çəki 61 kq - boy 166 sm.
Ravin Alməmmədov – 16 yaş. Çəki 67 kq – boy 172 sm.
İsa Rüstəmov - 23 yaş. Çəki 67 kq - boy 170 sm.
Murad Əliyev - 19 yaş. Çəki 73 kq - boy 177 sm.
Ömər Cavadov - 20 yaş. Çəki 73 kq - boy 169 sm.
Füqan Əliyev – 21 yaş. Çəki 81 kq – boy 172 sm.
Nurlan Məmmədzadə - 18 yaş. Çəki 81 kq – boy 183 sm.
Əli Şükürlü – 19 yaş, çəki 102 kq, boy 180 sm.
Rəhman Kazımov – 20 yaş. Çəki 108, boy 181 sm
Dadaş Dadaşbəyli – 26 yaş, çəki 102 kq, boy 190 sm.
Kənan Məstəliyev