Ağstafa vaxtı ilə Azərbaycan futbolunun elitasında təmsil olunub. Bu rayonun "Avey" komandası Azərbaycanın ilk milli çempionatının iştirakçılarından olub. Təəssüf ki, sonradan maddi imkansızlıq ucbatından fəaliyyətini dayandırıb. Sonradan zaman-zaman bu rayonda həvəskar tipli komandalar olsa da, həmin komandaların da ömürləri uzun sürməyib. Bu gün də Ağstafada rayonunu sevən, burada futbolun olmasında maraqlı olan insanlar nələrsə etməyə çalışıb.

Rekord.az xəbər verir ki, belə insanlardan biri də Şahin Kərimovdu.

Şahin bəy çalışır ki, rayonda futbol ənənələri ölməsin, uşaqlar bu idman növünü sevsinlər, məşğul olsunlar. Hətta yeni mövsümdən "Region Liqası"nda oynamağa da hazırlaşırlar, rayonda futbolu sevən bəzi şəxslərin də köməyi ilə komanda da formalaşdırıblar. Həmin bu komanda ötən gün qonşu Qazaxın "Göyəzən" komandası ilə yoxlama görüşü keçirib və 5:3 hesabı ilə qalib gəlib. Şahin bəy yeni mövsümdə iddalı olacaqlarını deyir. Kərimov eyni zamanda diqqətsizlikdən də gileylənir: "Kecən mövsüm "Region Liqası"nda 40 klub arasında ilk "8-liy"ə düşdük. İnanıram hazırda qurduğumuz komanda II Liqada oynamağ da qadirdi. Azərbaycan futbolunda niyə bizə yer vermədiyinə başa düşə bilmərəm. Bölgəmiz futbol bölgəsidir, məşqcilərimiz, futbolcularımız, futbol adamlarımız var.  Cox istəyirik AFFA bizə meydança baxımından kömək etsin və biz nəyə qadir olduğumuzu sübut edək. Hec vaxt futbolda sanşımız olmayıb (sponsor, infrastruktur cəhətdən ) amma ki, geri  cəkilmək fikirimiz yoxdur. Pulsuz da oynasaq, pulsuz da idarə etsək nə vaxtsa ölkə futbolund aöz yerimizi tutacayıq. Gələcəyin komandasını qurmaq istəyirik. Ağstafada 20-ə yaxın komanda uşaq liqalarında cıxış edir, futbolcular yetişir. Deməli, peşəkar klubumuz olsa, uşaq futbolunu peşəkar şəkildə inkişaf etdirmək bizim ücün cox asan olacaq. İnfrastrukturumuz ürəkaçan olmasa da, əl gəzdirib normallaşdırmaq mümkündü".