![photo](https://www.rekord.az/storage/uploads/4/agstafa-10.jpg)
"Ağstafa Gəncləri"nə AFFA-dan "yaşıl işıq"
- 31 Avq 2023 11:00
- 920
Ağstafanı təmsil edən komandanın AFFA tərəfinfən II liqaya buraxılmaması, "Region Liqası"na isə buraxılmamaq təhlükəsinin olması haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, söhbət konkret olaraq "Ağstafa Gəncləri"ndən gedirdi.
Lakin aldığımız son məlumat sevindirici oldu. Belə ki, federasiya Ağstafa təmsilçisinin "Region Liqası"nda iştirakına razılıq verib. Beləliklə, növbəti mövsümdən "Region Liqası"nda oynayacaq komandalar arasında "Ağstafa Gəncləri" də olacaq.