Xəbər verdiyimiz kimi, uzun fasilədən sonra böyük futbol Ağstafaya qayıdıb. Mətbuatda “Avey”in yenidən bərpa olunduğu və imkanlı ağstafalıların komandaya sponsorluq edəcəyinə dair mətbuatda məlumatlar da yayıldı.

Rekord.az-a daxil olan məlumata görə, həqiqətən də Ağstafada böyük futbol bərpa olunur.

İmkanlı iş adamları da komandaya maliyyə ayırmağa razılıq veriblər. Amma komandanın adı “Avey” olmayacaq. Belə qərara alınıb ki, komanda “Ağstafa” FK adlansın. Komanda bu mövsümdən Region Liqasında oynamağı düşünür.