Ağstafa stadionu bərbad durumda: ot yox, su yox
- 13 Noy 2019 12:00
- 1671
Ağstafa ölkəmizin Qərb bölgəsində yerləşir. Bir vaxtlar burada "Avey" kimi komanda olub. Hansı ki, ilk milli çempionatlarımızda çıxış edib.
Rekord.az xəbər verir ki, bu komandada oynamış Məqsəd Yaqubəliyev, Elçin Həsənov, Ülfət Mədətov ölkə miqyasında tanınan simalar olub.
Son dövrlərdə isə Yusif Nəbiyev Asğtafa futbolunun tanınan siması hesab olunur.
Di gəl ki, bu rayonda futbolun hazırkı durumu çox bərbad gündədir. Ağstafa stadionu tamamilə yararsız günə düşüb. Meydançada ot adına heç nə yoxdur. Çünki aylarla sulanmır. Bundan başqa, burada şəraitsiz durumda məşq keçən uşaqların məşqdən sonra yuyunması üçün soyuq su belə, yoxdur.