Ağstafada cüdo yarışı
- 12 Dek 2023 15:00
- 260
"İdman hamı üçün layihəsi" çərçivəsində Ağstafa Cüdo idman kompleksində cüdo üzrə Ağstafa Uşaq Gənclər İdman Məktəbinin daxili birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Turan Hüseynov və cüdo idman klubunun məşqçi-müəllimi Rövşən Əliyev çıxış edərək dövlət tərəfindən idmana və idmançılara göstərilən qayğıdan, idmançılarımızın ölkə və beynəlxalq yarışlarda əldə etdikləri uğurlardan ətraflı danışaraq qeyd ediblər ki, ayrı-ayrı idman növləri üzrə belə yarislarin keçirilməsində məqsəd yeniyetmələrin idmana marağını artırmaq, onları zərərli vərdişlərdən çəkindirmək və sağlam həyat tərzini aşılamaqdır.
Birinciliyin sonunda qalib gəlmiş yeniyetmə idmançılar Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar. Daxili birincilikdə 35 nəfər yeniyetmə idmançı iştirak edib.