Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun, Ağstafa rayon Təhsil sektorunun və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Ağstafa şəhəri Hüseyn Arif küçəsi 4 ünvanındakı çoxmənzilli yeni yaşayış massivində və Asif Abdullayev adına şəhər 2 saylı tam orta məktəbində “5 Mart Bədən Tərbiyəsi və İdman günü" nə həsr olunmuş “Sağlam Məhəllə” layihəsi çərçivəsində 3x3 basketbol, mini futbol üzrə məhəllə birincilikləri və 4-cü sinif şagirdləri arasında “Şən startlar” əyləncəli idman yarışı keçirilib.

Rekord.az xəbər verir ki, yarışların keçirilməsində əsas məqsəd “ 5 Mart Bədən Tərbiyəsi və İdman günü”nün rayonda təntənəli qeyd olunması, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması olub