Ağstafa şəhər stadionunda futbol üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və idman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov yeniyetmə futbolçular qarşısında çıxış edərək, ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısı haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda futbol idman növünü inkişaf etdirmək və asudə vaxtı səmərəli təşkil etməkdir. Sonra məşqçi müəllim Şahin Kərimovun rəhbərliyi ilə nümunəvi çıxışlar davam edib.Nümunəvi çıxışlarda 37 nəfər idmançı iştirak edib.