Ağstafada güləş turniri
- 07 Mar 2024 10:00
- 190
Ağstafa rayonu Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbin idman zalında Qazax-Tovuz Regional Gənclər və idman idarəsinin Ağatafa rayonu üzrə Gənclər və idman sektorunun, GİKM-nin Ağstafa nümayəndəliyinin və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılıgı ilə "5 mart- Bədən Tərbiyəsi və İdman Günü" nə həsr olunmuş sərbəst güləş üzrə UGİM-nin açıq birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda Ağstafa idmançıları ilə yanaşı Qazax rayon idmançılarıda iştirak ediblər.Yarışın açılış mərasimində Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Ağstafa UGİM-nin direktoru Elşad Cəfərov və GİKM-nin Ağstafa nümayəndəliyinin məsul əməkdaşı Lalə Quliyeva çıxış edərək idmançılara ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, sərbəst güləş idman növünün inkişafı, yeniyetmələrin idmana həvəsləndirilməsi və idmançılara göstərilən dövlət qayğısından ətraflı məlumat veriblər.Gərgin mübarizə şəraitində davam edən yarışda 86 nəfər güləşçi qalib adı uğrunda mübarizə aparıb və hər çəki dərəcəsində yüksək nəticə əldə idmançılar Qazax- Tovuz Regional Gənclər və idman idarəsinin müvafiq diplomları ilə təltif olunublar.