Ağstafada güllə atıcılığı üzrə rayon turniri keçirilib
- 25 Yan 2025 13:30
- 85
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə gənclər və idman sektorunun , Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin və Ağstafa Təhsil sektorunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan yeniyetmələr arasında pnevmatik silahdan güllə atıcılığı üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarış Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin atıcılıq tirində təşkil olunub.
Birinciliyin rəsmi açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ağstafa rayonu üzrə gənclər və idman sektorunun aparıcı-məsləhətçisi Hikmət İsmayılov çıxış edərək 20 Yanvar faciəsi haqqında yarış iştirakçılarına ətraflı məlumat verib. Baş hakim oyunun qaydaları haqqında məlumat verdikdən sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə
I yerə Şıxməmmədli Ayxan Pərviz oğlu, II yerə Məhərrəmli Rəhman Vüqar oğlu, III yerə isə Cəlilzadə Qurban Yaqub oğlu layiq görülüb.
Yarışın qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.
Yarışda 38 nəfər yeniyetmə iştirak edib.