Ə.Hüseynov adına Ağstafa şəhər 1 saylı tam orta məktəbin idman zalında karate idman növü üzrə yeniyetmə idmançıların məşq prosesinə və nümunəvi çıxışlarına baxış keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Turan Hüseynov, karate üzrə məşqçi müəllim Niyazi Çəndirli çıxış edərək karate idman növünün Ağstafa rayonunda inkişafından və kütləviliyinin təmin edilməsindən, yeniyetmə idmançılar arasında münasibətlərin düzgün formalaşdırılmasından və dövlətin idmançılara göstərdiyi qayğılardan söz açıblar.

Daha sonra tədbir karate idman növü üzrə məşqçi müəllim Samir Ələkbərovun təlimatları əsasında davam edibdir.Tədbirin sonunda bir qrup yeniyetmə idmançılar məşq prosesləri zamanı davamiyyətləri və nizam-intizamlarında fərqləndiklərinə görə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif ediliblər.