H.Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində Ağstafa rayonu üzrə Gənclər və idman Sektorunun və Ağstafa rayon Təhsil sektorunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş məktəblilər arasında mini futbol üzrə birincilik keçirilib.

Rekord.az xəbər verir ki, maraqlı və gərgin mübarizə şəraitində keçən birincilikdə Asif Abdullayev adına Ağstafa şəhər 2 saylı tam orta məktəbin komandası 1-ci yerə , N.Həmzəyev adına Göyçəli kənd tam orta məktəbin komandası 2-ci yerə, H.Əzizov adına Vurğun qəsəbə tam orta məktəbin komandası isə 3-cü yerə layiq gorulub.

Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları, Ağstafa rayon Təhsil sektorunun kuboku ilə təltif olundular.