Ağstafada polislər arasında özünü müdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib
- 25 Mar 2024 11:45
- 291
Ağstafa Rayonu Vurğun qəsəbə tam orta məktəbin idman zalında Ağstafa Rayon Polis şöbəsinin əməkdaşları arasında, özünü müdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib.
Rekord.az xəbər verir ki, 5 çəki üzrə 63 nəfər Polis əməkdaşının iştirak etdiyi yarışda "Fudokan" idman klubunun Gəncə-Qazax üzrə rəhbəri Samir Ələkbərovun yetirmələrinin nümunəvi çıxışları nümayiş olunduqdan sonra yarışın açılış mərasimi keçirilib.
Açılış mərasimində Ağstafa Polis söbəsinin rəisi, Polis polkovniki Vüqar Xəlilov, DİN-nin idman cəmiyyətinin inspektoru, Polis leytenantı Hüseyn Alıyev, Qazax-Tovuz RGİİ-nin rəisi Əziz Məsmalıyev iştirak ediblər.Açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ağstafa Polis söbəsinin rəisi, Polis polkovniki Vüqar Xəlilov çıxış edərək yarışın keçirilməsinin əhəmiyyətindən danışıb. Gərgin mübarizə şəraitində keçən yarışda yüksək nəticə əldə etmiş Polis əməkdaşları diplom və medallarla təltif olunublar.