Ağstafada şahmat gününə həsr olunmuş birincilik keçirilib
- 23 İyl 2024 12:21
- 420
Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun , Ağstafa UGİŞM-nin , Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa Nümayəndəliyinin və Gənclər Evi Sosial Xidmət Müəssisəsinin məsul əməkdaşlarının iştirakı ilə yeniyetmə və gənclər arasında "Beynəlxalq Şahmat Günü" nə həsr olunmuş birincilik keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Ağstafa UGİŞM-nin direktor müavini Sevda Məmmədova "Beynəlxalq Şahmat gününün tarixi haqqında ətraflı məlumat verərək keçirilən yarışın əhəmiyyətindən danışıb , iştirakçılara uğurlar arzulayıblar.
Olimpiya sistemi əsasında keçirilən birinciliyin baş hakimi Ağstafa UGİŞM-nin müəllimi Şahin Həsənov iştirakçılara oyunun qaydaları haqqında ətraflı məlumat verdikdən sonra şahmat birinciliyinə start verilib.
Gərgin mübarizə şəraitində keçən yarışın sonunda I, II və III yerin qalibləri Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları təltif olunublar.
Yarışda ümumilikdə 37 nəfər yeniyetmə şahmatçı iştirak edib.