Ələddin Həmidoğlu adına Ağstafa rayon Aşağı Göycəli kənd tam orta məktəbində "5 Mart-Bədən tərbiyəsi və idman günü" ilə əlaqədar idman həftəsi çərçivəsində məktəblilər arasında stolüstü tennis üzrə birincilik keçirilib.

Rekord.az xəbər verir ki, birinciliyin qaliblərinin təltif olunma mərasimində çıxış edən Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev, Ələddin Həmidoğlu adına Aşağı Göycəli kənd tam orta məktəbin direktoru Əhəd Musayev, Azərbaycan Dövlət İdarələri, İctimayi Xidmət Təşkilatları Həmkarlar ittifaqının Ağstafa rayon komitəsinin sədri Aydın Hacıyev 5 Mart-Bədən Tərbiyəsi və idman günü münasibətilə yarış iştirakçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yarışın yekununda qalıb idmançılar Ağstafa rayon Gənclər və idman idarəsinin və Azərbaycan Dövlət İdarələri, İctimayi Xidmət Təşkilatları Həmkarlar ittifaqının Ağstafa rayon komitəsinin diplom və hədiyyələri ilə təltif olunub.