Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun və Ağstafa rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ə.Hüseynov adına Ağstafa şəhər 1 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 2007-2008 ci il təvəllüdlü yeniyetmə oglanlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə rayonun 20 tam orta məktəbinin komandaları olmaqla ümumilikdə 200 nəfər yeniyetmə gənc iştirak edibdir. Üç gün gərgin mübarizə şəraitində davam edən yarışın 29 noyabr tarixində final mərhələsi keçirilərək qalib komandalar müəyyənləşdirilib.

Yarışın yekununda 1-ci yerə X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin , 2-ci yerə A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbin, 3-cü yerə isə Ə.Hüseynov adına Agstafa şəhər 1 saylı tam orta məktəbin komandaları layiq görülüblər. Birinciliyin sonunda qalib gəlmiş komandalara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Qazax-Tovuz Regional Təhsil idarəsinin diplom və kubokları təqdim olunubdur.