"Agsu" həqiqəti: çemрionatdan oyun alqı-satqısına görə kənarlaşdırılmayıb
- 30 Yan 2020 13:00
- 1228
Xəbər verdiyimiz kimi “Ağsu” birinci diviziondan uzaqlaşdırılıb. Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Səbəb kimi də klub klubun danışılmış oyunlarda iştirakı göstərilib. Guya ki klub rəhbərliyi də bunun üçün sözügedən quruma məktubla müraciət edib.
Rekord.az isə xəbər verir ki bu uzaqlaşdırmanın danışılmış oyunlarla yaxından-uzaqdan əlaqəsi yoxdur.
Çünki belə bir şey olsa "Agsu" çoxdan çemionatdan kənarlaşdırılmalıyıd. Özü də tək yox "Turan Tovuz"la birlikdə. Səbəb başqadır. İş ondadır ki klubun sрonsoru olan "Az Granat" şirkəti sрonsorluqdan imtina edib. Komanda da buna görə fəaliyyətini dayandırıb. Bunu yazmaqda məqsədimiz odur ki futbolumuzun başında duranlar yalan məlumatla ictimaiyyəti aldatmasın.