
Ağsuda "Bahar kuboku" keçirildi
- 01 Apr 2025 10:42
- 72
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə rayon N.Vahidov adına Çiyni kənd stadionunda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş futbol idman növü üzrə həvəskarlar arasında "Bahar Kuboku"nun final oyunu keçirildi.
Rekord.az xəbər verir ki, yarışın final oyunu "Çempionlar" komandasının "Gənclər" komandası üzərində 6:2 hesablı qələbəsi ilə nəticələndi.
Yarışın təşkilində məqsəd sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkili olmuşdur. Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırıldı.