Ağsu İdman Kompleksində "İstiqlal" İdman Klubunun boks idman növü üzrə açıq turniri keçirildi. Turnir Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Boks Federasiyanın, "İstiqlal" İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutdu.

Rekord.az xəbər verir ki, turnirdə müxtəlif rayonlardan ümumilikdə 9 komanda iştirak etdi. Sonda qaliblər diplom və medallarla mükatlandırıldı.

Yarışın keçirilməsində məqsəd boks idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliği olmuşdur.