Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 30-cu ildönümü münasibətilə rayon gəncləri və idmançıları ilə görüş keçirildi.

Rekord.az xəbər verir ki, tədbirin açılışında Ümummilli lider Heydər Əliyevin və ərazimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Gənclər və İdman Nazirliyinin yaradılması tarixi və əhəmiyyətindən söz açıldı. Daha sonra rayonun gənclər sahəsində və idman həyatında fəal iştirak edənlər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olundu. Sonda xatirə şəkli çəkildi.

Görüşün keçirilməsində məqsəd Gənclər və İdman Nazirliyinin yaradılmasının 30-cu ildönümünün qeyd olunması, istedadlı və yaradıcı gənclərin həvəsləndirilməsi və ictimai fəallığının artırılması olmuşdur.