Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Gəgəli kənd Güləş zalında "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə İdman həftəsi çərçivəsində sərbəst güləş üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışın əvvəlində idmançılara yarışın qaydaları izah olunub.

Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında idmanın inkişafı, sərbəst güləş idman növünün kütləvililiyinin artırılması olmuşdur. Sonda qaliblər diplom və medallarla mükafatlandırılıblar.