Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində "Atletika hamı üçün" devizi altında idman tədbiri keçirildi.
Rekord.az xəbər verir ki, Ağsu şəhər P.F.Mirzəyev adına 5 nömrəli məktəbin stadionunda baş tutan tədbirdə iştirakçılar atletikanın qaçış və tullanma növləri üzrə güclərini sınadılar.
Tədbirin təşkilində məqsəd atletika idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliği olmuşdur.